Rəqsanə Fazillə ayrılması haqda açıqlamasından danışdı

Rəqsanə Fazillə ayrılması haqda açıqlamasından danışdı
3131 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə bağlı "Fazillə hər şey bitib" sözlərini deyib.

Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində məsələyə aydınlıq gətirib. 

"Demək istədim ki, sevgini Fazillə bitirdim. Ayrılmamışıq. Dünəndən o da əsəbiləşib ki, sən demədin. İndi uşaqlarımla birlikdədir. Ayrılmağı gizlətmək olmaz, ortaya çıxır" deyə, ifaçı dediklərini təkzib edib.

Qeyd edək ki, Rəqsanə ötən gün konsertində "Fazillə hər şey bitib" sözlərini deyib. Onun bu nikahdan 2 övladı var.