Özcan Dənizin anasında xərçəng aşkarlandı

Özcan Dənizin anasında xərçəng aşkarlandı
1154 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Özcan Dənizin uzun müddətdir küsülü olduğu anası Kadriye Denizdə xərçəng aşkarlanıb.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının bacısı Yurda Gürler açıqlama yayıb.

"Ümidimizi itirmədən yolumuza davam edirik. Dualarınızı gözləyirəm. Bu mübarizəni aparan, şəfa gözləyən hər kəsə Allahdan şəfa diləyirəm. Hər şeyin başı sağlamlıqdır, sağlam qalın" deyə, o, yazıb.

Qeyd edək ki, bir müddət əvvəl anası açıqlamasında Özcanın xəsis olduğunu demişdi.