Oqtay Əsədovun qızı vəfat etdi

Oqtay Əsədovun qızı vəfat etdi
5003 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı Nərminə Əsədova vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Nərminə Əsədova iş adamı Kamran Balayevlə evli olub. Uzun illər Britaniyada yaşayan Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.