"Nənə olmaq istəyirəm" - Hülya Avşar

"Nənə olmaq istəyirəm" - Hülya Avşar
1443 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni-aktrisa Hülya Avşar nənə olmaq istədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa nəvələrinə özünün baxacağını deyib:

"Qızım Zəhra 3-4 uşaq istəyir. Ona deyirəm ki, nənə olsam, uşağı sizə vermərəm. O da deyir ki, biz də gəzərik. Mən nəvə sevmək istəyirəm. Çox maraqlı və qayğıkeş nənə olaram".

62 yaşlı Avşar estetik etdirmədiyini bildirib:

"Gözəl yaşlandığımı düşünürəm. Özümü buraxmağı da sevmirəm. Amma qırışlarımın, üz ifadəmin, gözaltı nahiyəmin yaşımı göstərməsi mənə çox xoş gəlir".