Yıldız Tilbedən Qəzzaya 300 min dollarlıq yardım

Yıldız Tilbedən Qəzzaya 300 min dollarlıq yardım
1314 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur sənətçi Yıldız Tilbe Qəzzada humanitar yardım fəaliyyətini davam etdirən "Qüds Könüllüləri Dərnəyinə" böyük dəstək göstərib.

Axşam.az xəbər verir ki, müğənni Qəzzanın iki ayrı bölgəsində qurulacaq, tam təchizatlı iki böyük çadır şəhərciyinin maliyyələşdirilməsi üçün 300 min dollar məbləğində ianə edib.

Edilən ianə sayəsində müharibə və yoxsulluq şəraitində həyat mübarizəsi aparan fələstinli ailələr üçün yaşayış imkanı yaradılacaq.

Yıldız Tilbe həmçinin çadır şəhərciklərində yaşayan ailələrin qida ehtiyaclarının qarşılanması məqsədilə Qəzza naminə konsert təşkil ediləcəyini də açıqlayıb.