Yutub süni intellektlə yaradılan videolara qarşı mübarizəyə başlayır.
Axşam.az xəbər verir ki, videohostinqin 2026-cı il üçün əsas prioritetlərdən biri aşağı keyfiyyətli, süni intellekt tərəfindən yaradılmış məzmunla (AI-slop) mübarizə olacaq. Platforma spam, klikbeyt və bir-birini təkrarlayan videoların yüklənməsinin qarşısını alan yoxlama sistemlərini daha da gücləndirəcək.
Şirkətin məqsədi istifadəçilər üçün faydalı və orijinal məzmunu ön plana çıxarmaq, keyfiyyətsiz avtomatik generasiya olunmuş videoların yayılmasını isə minimuma endirməkdir.