"Dəli şeytan deyir, dur get "Survivor"a" - Xoşqədəm

"Dəli şeytan deyir, dur get "Survivor"a" - Xoşqədəm
4035 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Doğuş 14 ildən sonra yenidən "Survivor"a qatılıb.

Axşam.az-ın məlumatına görə, ifaçının həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı da Dominikan Respublikasına getmək istədiyini bildirib.

O, bu barədə sosial media hesabında paylaşım edərək "Dəli şeytan rahat dayanmır, deyir, dur, get "Survivor"a" yazıb.

Qeyd edək ki, cütlüyün Arda və Arın adlı əkiz oğulları var.