Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq
3714 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qızıldan küçə salınması planlaşdırılır.

Axşam.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir, küçənin inşasında qızıldan istifadə olunacaq. Lakin bunun konkret olaraq hansı formada həyata keçiriləcəyi hələlik tam açıqlanmayıb. Qızıl küçə Dubayda fəaliyyət göstərən məşhur Qızıl Bazarının yenidən brendləşdirilməsi çərçivəsində yaradılan "Dubai Gold District" layihəsinin bir hissəsi olacaq.

Sözügedən ərazi Dubayın Deyra rayonunda yerləşir və burada qızıl və zinət əşyaları satışı ilə məşğul olan təxminən minə yaxın ticarətçi fəaliyyət göstərir. Qızıl küçənin açılış tarixi hələ elan olunmayıb.