Xəstəxanaya yerləşdirilən Şeyx Əbdül səhhətindən danışdı

Xəstəxanaya yerləşdirilən Şeyx Əbdül səhhətindən danışdı
625 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib. 

Axşam.az xəbər verir ki, aktyor “Qafqazinfo”ya səhhətindən danışıb. 82 yaşlı aktyor bildirib ki, hazırda səhhətindəki problemlərlə bağlı müalicə alır:

“Ötən gün xəstəxanaya yerləşdirildim. Yanaşı gedən xəstəliklərimlə bağlı müalicə alıram. Əslində özümü yaxşı hiss edirdim. Qrip olduqdan sonra məndə boğulma yarandı. Sanki səhhətimdəki bütün problemlər yenidən baş qaldırdı. Səhvim o oldu ki, evdə müalicə etdirdim. Vaxtında xəstəxanaya gəlmədim. İndi mənə yaxşı baxırlar, görək necə oluram...".