"Bunu yazanda kövrəldim"

"Bunu yazanda kövrəldim"
1386 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elçin Cəfərov yaradıcılığında bir ilk edəcək.

Axşam.az xəbər verir ki, sənətçi ilk dəfə solo konsert verəcək. Bu haqda Elçin özü məlumat yayıb. O bildirib ki, bu xəbəri paylaşanda kövrəlib:

"Bu postu yazanda bir az kövrəldim… Çünki ilk dəfədir bunu deyirəm: solo konsertim olacaq. Hər mesajınız, sözünüz, mənə güc verdi. Sizə minnətdaram".

Konsert mayın 29-da Heydər Əliyev Sarayında planlaşdırılıb.