"Survivor" yarışmasından diskvalifikasiya edilən Barış Murat Yağcı Türkiyəyə qayıdarkən İstanbul hava limanında saxlanılıb.
Axşam.az xəbər verir ki, narkotik maddələrlə bağlı aparılan geniş araşdırma çərçivəsində onun barəsində axtarış və həbs qərarı verilib. O, Dominikan Respublikasından Türkiyəyə enən kimi hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb. Polis bölməsinə aparılan Barışdan analizlər götürülüb.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə aparılan narkotiklə bağlı əməliyyat çərçivəsində Yağcı da daxil olmaqla bir çox məşhur barəsində saxlanılma qərarı verilib.