Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə reaksiya

Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə reaksiya
14488 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıdıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır:

"Azərbaycandayam. Burada da ev sahibi oldum. Hələ torpaqdır. Bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam".

Günel türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqda xəbərlərə belə reaksiya verib:

"İbrahim Tatlısəs mənə mal varlığını verməyib. İbrahimin 6 övladı var. Mənə deyir ki, sən də övladımsan. Yeddinci övladıyam. Allah övladları ilə arasına girən şeytanı məhv etsin. Mənə balaca bir şey versə də, aldım qəbul etdim".