Xalq artistinin oğlu evə buraxıldı

Xalq artistinin oğlu evə buraxıldı
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxs tərəfindən döyülən Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyev evə buraxılıb.

Axşam.az xəbər verir ki, 1981-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. İnsidentə görə 3 nəfər tutulub.