Keçmiş "Survivor" yarışmacısı əməliyyatla üzünü tamamilə dəyişdirdi

Keçmiş "Survivor" yarışmacısı əməliyyatla üzünü tamamilə dəyişdirdi
1046 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş "Survivor" yarışmacısı və sosial media fenomeni Didəm Ceran Cənubi Koreyada üz əməliyyatı etdirdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, o, sosial media hesabında əməliyyatından artıq 17 gün keçdiyini yazıb.

Didəm Ceran bildirib ki, əməliyyat bir neçə mürəkkəb proseduru əhatə edib. Bu prosesdə çənə və üz sümükləri yenidən formalaşdırılıb, göz və dodaq estetikası aparılıb. Didəm bu əməliyyatın adi estetik müdaxilə olmadığını, daha çox rekonstruktiv cərrahiyyə xarakteri daşıdığını vurğulayıb.

Sosial mediada paylaşdığı şəkillər və videolar izləyicilərin geniş müzakirəsinə səbəb olub.