2026-cı ilin bütün "Oskar" namizədləri bir - Fotoda

2026-cı ilin bütün "Oskar" namizədləri bir - Fotoda
409 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar" mükafatının namizədləri ənənəyə sadiq qalaraq builki mərasim ərəfəsində ümumi foto çəkdiriblər.

Axşam.az xəbər verir ki, şəkil fevralın 10-da Los-Ancelesdə təşkil olunan illik namizədlər naharından sonra lentə alınıb. Bu tədbir əsas kino mükafatına iddialı olanları bir araya gətirir və faktiki olaraq "Oskar" yarışının son mərhələsinin başlanğıcı sayılır.

Ümumi "class photo" uzun illərdir davam edən ənənədir. Bütün namizədlər sıra ilə düzülərək birlikdə şəkil çəkdirir və bununla da kino sənayesinin "ilin portreti" yaranır.

Namizədlər üçün təşkil edilən nahar 1980-ci illərdən keçirilir və mərasimdən əvvəl baş tutan ilk böyük rəsmi tədbir hesab olunur.

Qərb mediasının məlumatına görə, bu il görüşdə 24 kateqoriya üzrə təxminən 230 namizəd iştirak edib.

Xatırladaq ki, mərasim martın 15-də keçiriləcək.