"Kıskanmak" serialına görə kanal cəzalandırıldı

"Kıskanmak" serialına görə kanal cəzalandırıldı
1132 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "NOW" kanalını cəzalandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanala "Kıskanmak" serialına görə pul cəzasının ödənməsi tələb olunub.

Buna səbəb isə serialın son üç bölümündə nikahdankənar münasibət və xəyanət mövzularının intensiv şəkildə təqdim olunmasıdır.

Qeyd edək ki, serialda Özgü Namal, Mehmet Günsür və Selahattin Paşalı kimi məşhur aktyorlar rol alır.