"Doğuş bunu xatırlamasa, onu "öldürərəm" - Video

"Doğuş bunu xatırlamasa, onu "öldürərəm" - Video
1641 dəfə oxunub
  • A-
  • A
  • A+

"Həyat yoldaşının sözündən çıxmayan biriyəm. Evdə axırıncı sözü mən deyirəm, o da "Bəli, xanımım" olur. 12 ildir evliyik. Həmişə qarşı tərəfə sayğı göstərmişəm və o hörməti də görmüşəm. Amma cavanlıqda bəlkə də kiminsə qəlbini qırmışam. Onlardan üzr istəyirəm. Lakin sonuncu evliliyimdə doğru bir seçim etdiyimi gördüm. Bu, ikinci evliliyimdir. İlk evliliyim 3 il yarım davam etdi. Çox sevdiyim dostumun qızı idi. Allah onu da xoşbəxt etsin. İki övlad sahibi olandan sonra yerimin bura olduğunu anladım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Doğuş "TV8"də yayımlanan "Gel, konuşalım" verilişində deyib. O, müsahibəsində evdəki bütün işləri həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının həll etdiyini bildirib:

"Məni proqrama dəvət etmişdilər və yüksək məbləğ qarşılığında gedəcəyimi demişdim. Çünki uşaqlarla bağlı bir məsələ idi. Pulun göndərildiyi ilə bağlı sənədi mənə atdılar və getdim. Proqramın aparıcısı da Xoşqədəm idi. Ailənin olduğu hər yer insana əzizdir. Can Azərbaycan! Xalqına da böyük hörmətim var. 12 ildir elə oradayam.

Evin alış-verişini xanımım və ya köməkçilərimiz edir. Pomidorun belə qiymətini bilmirəm. İşim olanda Türkiyəyə gəlirəm. Həyat yoldaşım “getmə” filan demir. Əkizlərimin 10 yaşı olacaq. İkisi də mənə oxşayır. Onların müğənni olmasını istəyərəm. Bəlkə onlarla birlikdə mahnı da buraxdım. 6 dil bilirlər. Həyat yoldaşımın adını telefonumda "bakanım" deyə qeyd etmişəm. Yəni, mənə baxanım".

Daha sonra X.Hidayətqızı telefonla proqrama qoşulub. O, bir müddət əvvəl öz verilişində Doğuş haqqında səsləndirdiyi qısqanclıqla bağlı fikirlərə aydınlıq gətirib:

"Sözlərim yanlış anlaşılmışdı. Proqramımda bir qız var, həyat yoldaşını çox qısqanır. Mən də elə edim? Təbii ki, hər xanım öz həyat yoldaşını sevir və burada qısqanclıq da var. Əgər qadın az da olsa qısqanmasa, inanmıram ki, ortada sevgi var. Amma hər şey qaydasında olmalıdır. Həddindən artıq qısqanclıq münasibəti məhv edir. Mən ona inanıram. İnanmasam, onunla niyə ailə qurum? Həm də o sənətçidir. Onu qucaqlayacaqlar, sevgi sözləri yazacaqlar. Mən bunu bilərək və özümə inanaraq onunla ailə qurdum.

Doğuş özəl günlərimizi xatırlamasa, onu "öldürərəm". Doğuşun adını telefonumda "Həyatım" deyə qeyd etmişəm".

Xoşqədəm ailədə bir çox qayda-qanunlara əməl edilməli olduğunu bildirib:

"Bizim evimizdə fərqli qaydalar var. Ona görə Doğuş evimizdə mənə "nazirlik" vəzifəsi verib. Uşaqlar 6-cı dili öyrənirlər. Bu, mənim sağlamlığıma ciddi zərər vuraraq başa gəlir. Doğuş bəzən məni danlayır ki, uşaqları bu qədər yükləmək olmaz. Mən də anlayıram. Amma düşünürəm ki, onlar bunu uşaq vaxtı öyrənə bilərlər. Bir neçə ildən sonra bunu etmək çətin olacaq. Onlar həm də boksa və futbola gedirlər. Uşaqlarımdan biri ağladı ki, "Nə olar, ana, heç olmasa bir gün evdə oturaq". O qədər kədərləndim. Düşündüm ki, görəsən, onları çox yükləyirəm? Amma onlara izah etdim ki, bir müddətdən sonra bu biliklər sizə çox lazım olacaq.

Bütün bunların 90 faizini işlə yanaşı özüm edirəm. Canlı yayımda bəzən olub ki, vatsapda görüntülü şəkildə uşaqlarla müəllimlərini dinləmişəm, yoxlayıram ki, dərsdədirlər, ya yox. Düşünürəm ki, uşaqların üzərində analar işləməlidir. Çox çirkin bir dünyada yaşayırıq. Belə bir dünyada təmiz uşaqlar yetişdirmək lazımdır. Bu, təkcə dərslə olmur. Hətta bacılarımdan xahiş etmişəm ki, onlara dini biliklər də öyrətsinlər. Uşaqların mənəviyyatı da olmalıdır. Bu, təkcə 6 dil öyrənməklə mümkün deyil.

Doğuş heç bir kömək etmir, bu mövzuda bir az şikayətçiyəm. Uşaqlara görə aramızda mübahisələr də yaranır".