Boşanandığı üçün ağlayırdı, barışdılar

Boşanandığı üçün ağlayırdı, barışdılar
2009 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Efecan Dianzenzanın keçmiş həyat yoldaşı Duygu Çavdar ilə barışdığı iddia olunub.

Axşam.az xəbər verir ki, şayiələrin yaranmasına səbəb aktyorun qızı və eks-xanımı ilə birgə fotolarını yayımlayaraq "şükür" emojisi qoyması olub. Belə ki, fotoların birində cütlüyün səmimi poz verməsi də diqqət çəkib. 

Qeyd edək ki, Efecan "Hürkuş: Göklerdeki Kahraman" filmində rol alıb. O, tamaşaçılara "Survivor" yarışmasından da tanışdır.

Cütlük 8 il evli olub, "Survivor" dövründə ortaya atılan xəyanət iddialarından sonra boşanıb. Boşanmadan aylar sonra Efecan sosial şəbəkə hesabında ağlayaraq keçmiş həyat yoldaşından üzr istəmiş və peşman olduğunu bildirmişdi.