Rihannanın evi atəşə tutuldu

Rihannanın evi atəşə tutuldu
1422 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Rihannanın Beverli Hillsdə yerləşən villasına atəş açılıb. 

Axşam.az xəbər verir ki, bu haqda "Los Angeles Times" nəşri yazıb. Bildirilib ki, xəbər hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib. 

Los-Anceles polisi hadisədə 30 yaşlı qadını şübhəli bilərək saxlayıb. İstintaqın məlumatına görə, qadın avtomobildə olarkən müğənninin villasına təxminən 10 dəfə atəş açıb.  

Hadisə baş verən zaman Rihanna evdə olub. Atışma zamanı xəsarət alan olmayıb.