Şvartseneqqer 40 ildən sonra bu obrazı yenidən canlandıracaq

Şvartseneqqer 40 ildən sonra bu obrazı yenidən canlandıracaq
1079 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Arnold Şvartseneqqer "Kral Konan" filmindəki rolunu yenidən canlandıracaq

Axşam.az xəbər verir ki, hazırda sözgedən film üzərində iş gedir.

78 yaşlı aktyor layihədə iştirak edəcəyini özü açıqlayıb. Şvartseneqqer bildirib ki, filmin süjeti "Konan"ın taxta çıxmasından uzun illər sonrakı dövrü əhatə edəcək. Hekayəyə görə, qəhrəman 40 illik hakimiyyətdən sonra taxtdan salınır və itirdiyi hakimiyyəti geri qaytarmaq üçün mübarizə aparır.

Qeyd edək ki, "Konan" obrazı yazar Robert Hovard tərəfindən yaradılıb. Personaj ilk dəfə 1930-cu illərdə “Weird Tales” jurnalında dərc olunub. Qəhrəmanın kino debütü isə 1982-ci ildə baş tutub. Həmin film Şvartseneqqerə dünya şöhrəti qazandırıb. 1984-cü ildə filmin davamı "Konan-dağıdıcı" təqdim olunub.