Dünyanın ən gözəl qadın adı açıqlandı

Dünyanın ən gözəl qadın adı açıqlandı
75983 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən gözəl qadın adı seçilib.

Axşam.az xəbər verir ki, bu, "Sofiya" adıdır. Aparılan araşdırma zamanı müxtəlif ölkələrdə ən çox bəyənilən və ən melodik səslənən qadın adları müəyyən edilib. Nəticədə "Sofiya" adı siyahıda birinci yeri tutub. İkinci sırada "Zoi", üçüncü yerdə isə "Rozi" adı yer alıb.

Mütəxəssislərin fikrincə, bu adın populyarlığı onun bir çox dillərdə eyni dərəcədə xoş səslənməsi və asan tələffüz olunması ilə bağlıdır. Bundan başqa, adın mənası da diqqət çəkir. Belə ki, "Sofiya" qədim yunan dilindən tərcümədə “müdriklik” anlamını verir.

Araşdırmada bildirilib ki, son illərdə bu ad dünyanın bir çox ölkəsində yeni doğulan qız uşaqlarına ən çox qoyulan adlardan biridir.