Teleqramın qurucusu Pavel Durovun sərvəti 3 dəfə azalıb.
Axşam.az xəbər verir ki, "Forbes" jurnalının açıqladığı yeni reytinqə görə, 2025-ci ildə IT sahibkarının sərvəti azalaraq 17,1 milyard dollardan 6,6 milyard dollara düşüb.
Ekspertlərin sözlərinə görə, bu "anti-rekord" texnologiya şirkətlərinə bazarın marağının zəifləməsi ilə əlaqədardır. Belə ki, teleqramın əsas rəqiblərindən biri olan "SnapChat" platformasının da kapitallaşması son bir ildə iki dəfə azalaraq 8,7 milyard dollara enib.
Teleqram isə gəlir baxımından hələ də rəqibindən geri qalır. 1 milyarddan çox istifadəçi auditoriyasına malik olmasına baxmayaraq, platformanın illik gəlirinin təxminən 2 milyard dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edək ki, "SnapChat" ötən il təxminən 6 milyard dollar qazanıb.
Bundan başqa teleqram bir neçə ölkədə bloklanıb.