İrandan ölkəmizə rənglənmiş portağallar gətirilib

İrandan ölkəmizə rənglənmiş portağallar gətirilib
860 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.

Axşam.az-ın məlumatına görə, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.