“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva ona qarşı edilən dələduzluqdan danışıb.
Axşam.az xəbər verir ki, iş xanımı salonunun təmiri üçün Röyal Masiyev Ələddin oğlu adlı şəxsə pul verdiyini, amma sonra ona qarşı dələduzluq etdiyini söyləyib. K.Həmzəyeva qarşı tərəfin ona 300 min manat ödəməli olduğunu, ancaq bundan yayındığını bildirib:
"Məkan təmiri üçün 300 min manat pul ödədim. Dələduzluq etdi. Bu puldan mənə cəmi 41 min 100 dollar qaytarıb. Bu ilin yanvarında həmin şəxsi Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişəm. Ona ödədiyim pulların çekini, səs yazıları, yazışmalar hamısı təqdim olunub. Yanvardan uzanan məhkəmə bu yaxınlarda yekunlaşıb. Amma ona ev dusdaqlığı verilib. 300 min manat dələduzluq edən adama necə bu cəza verilə bilər? İndi apellyasiya məhkəməsinə müraciət edəcəyəm.
Məhkəməyə 3 vəkillə gəlib. Mən isə özümə o qədər arxayın idim ki, heç vəkil də tutmadım. Götürüb mənim işçimə zəng edib ki, sənə telefon alacağam, elə et Könül ərizəsini geri götürsün. Sonra da söz çıxardıb ki, guya mənim ona 380 min manat borcum var. Bu adamın kimlərə güvəndiyini, kimlərlə çalışdığını bilirəm. Əgər belə davam etsə, hamısının adını çəkəcəyəm. Özü də 149 nömrəli məktəbin direktorunun kürəkənidir".