Gecə saatlarında Bakıda dron uçması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu, istifadəçilər arasında müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, yayılan videolarla bağlı hərbi ekspert Ədalət Verdiyev də paylaşım edib.
O qeyd edib ki, bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir:
“Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.
Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi rəsmi məlumat yaymasa da, nazirlikdən Manset.az-ın sorğusuna “Narahatlığa heç bir əsas yoxdur” cavabı verilib.