Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi müddəti uzadılıb.
Axşam.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.