Azərbaycanda gələn ildən incəsənət olimpiadası keçiriləcək.
Axşam.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Elm və Təhsil Naziriliyi ilə əldə edilən razılığa əsasən, Uşaq İncəsənət Festivalı gələn ildən incəsənət olimpiadası formatında keçiriləcək:
"Nəticədə qaliblər imtahansız ali təhsil mərkəzlərinə qəbul ola biləcək".