İftar menyusunda bu gün

İftar menyusunda bu gün
380 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

"Əlvan dana" şorbası

Ərzaq:
Mərci - 1 stəkan
Dana əti - 300 qram
Su - 5 stəkan
Kartof - 2 ədəd
Soğan - 2 ədəd
Kök - 2 ədəd
Dəfnə yarpağı - 1 ədəd
Nanə qurusu - 1 ç.q
Un - 1 x.q
Duru yağ - 1 stəkan
Yarım limonun suyu
Duz, qara və qırmızı istiot zövqə görə

Hazırlanması:
Kartofu, soğanı, kökü (hərəsindən bir ədəd), əti, dəfnə yarpağını, mərcini suya töküb, qaynadın. Bir müddət qaynatdıqdan sonra süzgəcdən keçirib, yenidən qaynadın.
Sonra o biri soğanı xırda doğrayıb, kökü sürtgəcdən keçirin. Yağı tavada isidib, soğan və kökü qovurun. Nanə və unu əlavə edib, qarışdırın. Hazırladığınız qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra, yenidən süzgəcdən keçirib, duz, qırmızı və qara istiot əlavə edib, təkrar qaynamağa qoyun. 10 dəqiqə qaynadıqdan sonra isti halda süfrəyə verin.

"Qəlyə"

Ərzaq:

Sümüksüz ət - 1 kq.
Soğan - 1 kq.
Şobalıd - 1 kq.
Nar - 2 ədəd
Yağ - 1 stəkan
Ət suyu - 1,5 stəkan
Düz və qara istiot zövqə görə

Hazırlanması:

Soğanı soyub, uzunsov doğrayıb, yağda azca qızardın. Əti qaynadıb, soyuması üçün kənara qoyun. Şobalıdı qabıqdan çıxarıb, narı dənələyin. Tavaya bir lay soğan, bir lay ət, bir lay şobalıd və nar düzün. Bunu ərzaqlar qurtarana qədər təkrarlayın. Sonra ət suyu, yağ və zövqə görə duz, istiot əlavə edib, suyu çəkilənə qədər bişirin. Süfrəyə isti halda verilir.

“Brauni”

Ərzaqlar:

Yumurta – 3 ədəd
Şəkər tozu – 2 st.
Duru yağ – 2 st.
Süd – 2 st.
Kakao – 3 x.q.
Un – 8 x.q.
Qabartma tozu – 2 ədəd
Vanilin – 2 ədəd

Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə 5 dəqiqə qarışdırın. Üzərinə süd, yağ və kakaonu əlavə edib qarışdırmağa davam edin. Daha sonra ondan 1 stəkan götürüb kənara qoyun. Qalan hissəyə un, qabartma tozu və vanilin töküb xəmir edin. Tavanın içini yağlayıb, azca şəkər tozu səpib, xəmiri töküb 180 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra onu doğrayıb, üzərinə əvvəlcə götürdüyünüz qarışığı tökün.