Ebru Gündeş qızını özəl təyyarə ilə Dubaydan çıxardı

Ebru Gündeş qızını özəl təyyarə ilə Dubaydan çıxardı
2853 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ebru Gündeş Yaxın Şərqdə artan gərginlik fonunda qızı Alaranı özəl təyyarə ilə Türkiyəyə gətirib.

Axşam.az xəbər verir ki, sənətçinin qızı Dubayda hava məkanının bağlanması səbəbindən çətin vəziyyətdə qalıb. Məlumata görə, bölgədə baş verən raket hücumlarından sonra uçuşlar dayandırılıb və o, Dubayı tərk edə bilməyib.

Bildirilib ki, Ebru qızının təhlükəsizliyi üçün onu quru yolu ilə Omana, oradan da özəl təyyarə ilə İstanbula gətirdib.