Aktrisa Bakıda getdikləri restoranda dostunun döyüldüyünü dedi - Video

Aktrisa Bakıda getdikləri restoranda dostunun döyüldüyünü dedi - Video
1340 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Üzel Kərimovanın getdiyi restoranda başına iş gəlib.

Axşam.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat yayıb. O bildirib ki, rəfiqəsi və onun ailəsi ilə restorana gediblər. Üzel bir qrup şəxsin rəfiqəsinin ərinə hücum edib, onu döydüklərini deyib:

"Yaşadıqlarımızdan sonra oturduğum yerdən tərpənə bilmirdim. Danışmaqdan çox əlimdə paylaşacaq materiallar var. Getdiyimiz məkanla bağlı məlumat paylaşdım, məni hadisəni törədənlər hədələdi. Qəza baş verdi, onun böyüdüb hadisəyə çevirdilər. Bizim bildiyimiz dörd nəfər bir nəfəri təkləyib, ölümünə döyüb. Ekspertizanın rəyinə görə gözünün biri görməyə, digəri zəif görə bilər. Polis əməkdaşları vəzifələrini yerinə yetirilər".

Aktrisa məsələ ilə bağlı polisə şikayət etdiklərini bildirib.