Firuzə İbadovadan tənqidlərə reaksiya

Firuzə İbadovadan tənqidlərə reaksiya
1068 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Firuzə İbadova sosial şəbəkədə yaşlı ifaçıların tənqid edilməsinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, "Günə uğurla" verilişinə qatılan müğənni yeni ideyasını açıqlayıb:

"Əvvəlki mahnılarımı yeni səslə oxuyacağam. Deyirlər, yaşlı müğənnilər gedib köhnə səs yazıları ilə oxuyurlar. Siz bilirsiniz, o yaşlı nəsil nə qədər savadlıdır? 72 yaşım olacaq. Amma səsim cavan qalıb. Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır".