Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib.
Axşam.az xəbər verir ki, bu haqda fotoqraf özü paylaşım edib. O bildirib ki, səhərə yaxın həyətdəki qaraj yanıb kül olub:
“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”.
Qeyd edək ki, Orxan Aslanovun həyat yoldaşı Günay Aslan Ansari də influenser kimi fəaliyyət göstərir. Cütlüyün iki övladı var.