İstanbulda Ümraniyedə reper Canbayın olduğu avtomobilə silahlı hücum zamanı dünyasını dəyişğn 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı cinayətinə görə 7 nəfər saxlanılıb.
Axşam.az xəbər verir ki, ümumilikdə 10 şübhəli saxlanılıb və onlardan 7-si barəsində həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında Aleyna Kalaycıoğlu və müğənni İzzet Yıldızhan da var.
İki şübhəli isə məhkəmə tərəfindən polis nəzarəti tətbiq olunaraq sərbəst buraxılıb. Onlardan biri Aleyna Kalaycıoğlunun anası Zuhal Kalaycıoğludur.
Xatırladaq ki, martın 19-da baş vermiş cinayətin iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu tərəfindən törədildiyi bildirilmişdi. Bu hadisə cəmiyyətdə geniş rezonans doğurub.