"Uçuş ləğv olundu, maddi ziyana düşdüm, AZAL isə maraqlanmır"

"Uçuş ləğv olundu, maddi ziyana düşdüm, AZAL isə maraqlanmır"
10304 dəfə oxunub
  • A-
  • A
  • A+

"Çinə uçmalı idim. İki gecə Pekində qalmağı planlaşdırırdım. Hotel bron etmişəm, gəzinti üçün nə qədər yerlərə bilet almışam. Muzeylərə giriş biletim var idi. Səhər saat 9-da mesaj gəlib ki, uçuş təxirə düşüb, sabah olacaq. Mən isə 9-da evdən çıxmışam, "e-mail"ə gələn mesajı görməmişəm. Getmişəm hava limanına deyirlər, uçuş sabaha keçirilib. Təsəvvür edin, mənim hotelimin bir günü, aldığım muzey biletləri, hamısı batdı".

Axşam.az xəbər verir ki, bu sözləri həkim-kosmetoloq Aytac Əsədova deyib. Çinə gəzintiyə gedən Aytac uçuşunun təxirə salındığını, buna görə də bütün səfər planının pozulduğunu, maddi ziyana düşdüyünü bildirib:

"Deyirlər, ya sabah uçun, ya da pulunuzu qaytaraq. Dörd nəfərin muzey bileti, hotel bronu batdı. Mənim Pekindən sonra Şanxay və Quançjou getməli idim. Bütün planım alt-üst oldu. Ekskursiya biletlərim batdı. Bir söz deyəndə isə cavab verirlər ki, get hara istəyirsən şikayət et, biz nə edək? Elə bil ki, bu, normal qarşılanmalıdır. Deyirəm, bu qədər biletim batdı, cavab verir ki, bizə maraqlı deyil. Nəticədə səyahət günümü yenidən artırdım, əlavə ödənişlər etdim.

Bir ay əvvəl də AZAL-la İstanbula gedirdim, ödəniş edib bilet və yer aldım. Təyyarəyə minəndə gördüm ki, başqa balaca təyyarədir, çalışanlar Azərbaycan dili bilmir. Əgər mən başqa hava yollarını istəsəm ora bilet alardım".

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)