"Bunun adı Novruz yox, Bahar bayramıdır"

"Bunun adı Novruz yox, Bahar bayramıdır"
1175 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elariz Məmmədoğlu Novruz bayramının adının Bahar bayramı kimi dəyişdirilməsini təklif edib. 

Axşam.az xəbər verir ki, Amerikada yaşayan sənətçi Novruz ifadəsinin yanlış olduğunu bildirib. O qeyd edib ki, bu, farslara məxsus bir ifadədir:

"Bəzən hamı doğru danışmır. İçindən bir nəfər düz danışır. Haqlı danışıb, düzgün səbəb gətirirsə, hamı razılaşır. Siz Novruz, mən Bahar bayramı deyirəm. Bütün çıxışlarımda da Bahar bayramı deyirəm. Bahar gəlir, martın 21-22-si girir. Baharda qan qaynayır deyə, şirniyyat, qoz-fındıq yeyilir. Niyə bunu fransızlaşdırıb, ingilisləşdirməli, ruslaşdırmalı, farslaşdırmalıyıq? Fars dilində "Nov" yeni, "Ruz" gün deməkdir. Əvvəl İranda qəzet buraxırdılar, "Ruznamə" adlanırdı. Farslar oturub gülür ki, türk dünyası bizim bayramımızı edir. Bu, bizə lazımdır? Öz bayramımızı - Bahar bayramı adlandırsaq, türk dünyasına nümunə olar".