Əflatun Amaşov qəzaya düşüb - Video

Əflatun Amaşov qəzaya düşüb - Video
2000 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza ilə bağlı yayılan videoda bir maşının aşdığı, Ə.Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür. 

Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov “Yeni Sabah”a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: 

“Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.