"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır
762 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbul Boğazının Üsküdar Kandilli sahilində yerləşən və məşhur "Kurtlar Vadisi" serialınını çəkilişlərində istifadə olunan tarixi Abud Efendi Yalısı satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, mülkün 15,23%-lik hissəsi 170 milyon lirə (6,5 milyon manat)  qarşılığında satışa təqdim edilib.

1835–1855-ci illərdə Osmanlı saray memarı Garabet Balyan tərəfindən inşa edilən yalının ümumi sahəsi 540 m² təşkil edir və uzun müddət (1900–1981) Abud ailəsinə məxsus olub.

Qeyd edək ki. tarixi mülk xüsusilə "Kurtlar Vadisi" serialında iclasların aparıldığı məkan kimi yadda qalıb.