Türkiyəli aktyor Mert Yazıcıoğlu özəl həyatı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktyor məşhur yazar Gülseren Buğdaycıoğlunun nəvəsi Zeynep Artukmac ilə sevgilidir. Cütlük birgə görüntülənib.
"Münasibətimiz gözəl gedir. Hər şey yolundadır" deyə, aktyor bildirib.
Qeyd edək ki, Mert hazırda "Kuruluş Orhan" serialında baş rolu ifa edir.
