Zuhal Topalın proqramında qaliblərdən biri azərbaycanlı oldu - Video

Zuhal Topalın proqramında qaliblərdən biri azərbaycanlı oldu - Video
1787 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yayımlanan "Zuhal Topalla yemekteyiz" yarışmasının bu həftəki qaliblərinindən biri azərbaycanlı olub.

Axşam.az xəbər verir ki, Qərənfil Çiçək Haqverdiyeva adlı iştirakçı günündə rəqiblərinə dovğa, paştet, şah plov, çoban salatı, alma cemli piroq təqdim edib.

O, iştirakçılardan ümumilikdə 27, proqramın aparıcısı Zuhal Topaldan isə həftənin ən yüksəx xalı 8 alaraq 35 xalla iki qalibdən biri olub. 200 min lirəlik (7 650 manat) mükafat iki qalib arasında bölünüb.