Rasim Balayevin yerinə sədr nə vaxt seçiləcək?

Rasim Balayevin yerinə sədr nə vaxt seçiləcək?
340 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya AKİ-dən bildirilib ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.

“Təxmin edirik ki, qurultay mayın ortalarında - ayın 10-u ilə 17-si arasında keçiriləcək. Dəqiq tarixə isə İdarə Heyəti qərar verəcək.

Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir, onun gecikdirilməsi təşkilat üçün böyük zərbə olar" deyə, AKİ-dən bildirilib.

Qeyd edək ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilib.

Xatırladaq ki, Rasim Balayev martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi martın 30-da Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.