Xəzərdə dördüncü zəlzələ oldu

Xəzərdə dördüncü zəlzələ oldu
974 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər dənizində bu gün dördüncü zəlzələ qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.

3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.

Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.