Türkiyəli aktyor Birkan Sokullunun yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Palas Pandıras" serialında rol alacaq. O, layihədə "Levent" obrazına həyat verəcək.
Ekran işi 8 bölümdən ibarət olacaq.
Qeyd edək ki, Birkan sonuncu dəfə "Zamanın kapıları" serialında rol alıb.