Dünyanın ən məşhur hotellərindən biri təmirə bağlanır

Dünyanın ən məşhur hotellərindən biri təmirə bağlanır
518 dəfə oxunub
  • A-
  • A
  • A+

Dubaydakı məşhur Bürc əl-Ərəb hoteli əsaslı təmir üçün bağlanır.

Axşam.az xəbər verir ki, bununla bağlı hotelin sahibi və əmirliyin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktum müvafiq tapşırıqlar verib.

Bina 1999-cu ildə açıldığı vaxtdan bəri ilk dəfə 18 ay müddətinə təmir üçün bağlanacaq.

Qeyd edək ki, Bürc əl-Ərəb dünyada ilk 7 ulduzlu hoteldir. Bina 198 lüks otaqdan ibarətdir. Bu günlərdə isə İranın atdığı raketlərdən bir parça hotelin divarını zədələmişdi.