“Teleradio”ya yeni rəhbər təyin olundu

“Teleradio”ya yeni rəhbər təyin olundu
961 dəfə oxunub
  • A-
  • A
  • A+

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.