Bağça müdiri azyaşlı nəvəsinin həyatını təhlükəyə atdı - Video

Bağça müdiri azyaşlı nəvəsinin həyatını təhlükəyə atdı - Video
1551 dəfə oxunub
  • A-
  • A
  • A+

Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbəri İlahə Xuduqızı yol hərəkəti qaydalarını pozub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qayda pozuntusu ilə bağlı görüntüləri o özü paylaşıb.

Məlum olub ki, İ.Xuduqızı azyaşlını avtomobilin ön oturacağında əyləşdirərək hərəkət edir. Azyaşlı qızın təhlükəsizlik kəməri taxmaması, İ.Xuduqızının sükandan əlini çəkərək rəqs etməsi də diqqəti çəkib.

Onun azyaşlının həyatını təhlükəyə ataraq video çəkməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qanunvericiliyə görə, azyaşlıların ön sərnişin oturacağında aparılması qadağandır və inzibati məsuliyyət yaradır.

Baş DYP İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır:

“Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükədir. Sürücülərin diqqətinə bir daha çatdırılır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl olunsun”.

Əlavə edək ki, xanım azyaşlının nəvəsi olduğunu vurğulayıb.