Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub.
Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram" sözlərini yazıb.
O qeyd edib ki, atası, Əməkdar incəsənət xadimi Ədalət Hacıyev Bakıda olmadığı üçün məclislərə anası ilə getməli olur.
Qeyd edək ki, Ə.Hacıyev Gəncə Teatrının direktorudur.