Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq

Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
1248 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq.

Axşam.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər ailəsi və aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.

R.Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunub.