Bu gün mərhum Əməkdar artist Cavanşir Məmmədovun ölüm ildönümdür.
Axşam.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı paylaşım edib.
Rəfiqə birlikdə olan arxiv görüntülərini yayımlayaraq "Bu gün əziz babam və xalqın sənətkarı Cavanşir Məmmədovun ildönümüdür. Allah rəhmət eləsin. Gözəl baba və unudulmaz sənətkar, daim qəlblərdə yaşayacaq! Yazılan hər rəhmət bir duadır" sözlərini yazıb.
Qeyd edək ki, C.Məmmədov 2024-cü ildə qəfil ürəktutmadan dünyasını dəyişib.