Nazpəri Dostəliyeva formada qalma sirrini açıqladı

Nazpəri Dostəliyeva formada qalma sirrini açıqladı
2085 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nazpəri Dostəliyeva formada qalma sirrini bölüşüb. 

Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində axşam 6-dan sonra heç nə yemədiyini bildirib:

"Saat 6-dan sonra heç nə yemirəm. Bir də görürsən ki, meyvə və ya çay qəbul edirəm. Bir o qədər yemək sevən adam deyiləm. Amma bəzi hallarda yemək də yeyirəm. Saat 6-dan sonra nə yeyirsənsə, mütləq şəkildə kalorisi az olmalıdır. Bu, tərəvəz, suda qaynamış toyuq əti ola bilər. Yəni ki, yüngül qidalar".