"ChatGPT" çat-botundan sonra "X" sosial şəbəkəsinin işində də problemlər yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Qlobal miqyasda yaranan nasazlıq Azərbaycanda müşahidə olunur.
Məlumata görə, 14 mindən çox istifadəçi platformaya girişdə çətinlik yaşadığını bildirib.
Qeyd edək ki, istifadəçilər hazırda profil səhifələrinə çətinliklə giriş edir. Həmçinin paylaşımlar gec yüklənir.